AZXEBER.COM-un baş redaktoru 'Yeni Media Akademiya'nın qonağı oldu

AZXEBER.COM-un baş redaktoru
Bütün Xəbərlər
18:38 29.08.2012
2173

AZXEBER.COM portalının təsisçisi və baş redaktoru Əfsələddin Ağalarov ötən gün “İRƏLİ” “Yeni Media Akademiya”nın qonağı olub.

Baş redaktor, əvvəlcə jurnalistika sahəsinə gəlişi və saytın yaranması ilə bağlı iştirakçılara məlumat verib. O, bildirib ki, AZXEBER.COM portalı çox kiçik büdcə ilə 2010-cu ildə təsis olunub və bu tələbə jurnalistlərin yaratdığı ilk sayt oldu.

Bu sahədəki uğurlarını qeyd edən qonaq AZXEBER.COM saytına və bu sahədəki fəaliyyətinə görə heyət “Həsən bəy Zərdabi” və “Bakı Dövlət Universitetinin dostu” mükafatlarına layiq görülüb. Eyni zamanda, 2011-ci ildə Mətbuat Şurası tərəfindən “İlin ən perspektivli xəbər portalı” adını qazanıb.

Əfsələddin Ağalarov qeyd edib ki, jurnalistikada maliyyə baxımından çətinliklər mümkündür. Lakin, əsas məsələ inama sahib olmaq və cəhd etməkdir. Jurnalistika prinsipləri və çərçivəni sevmir. Qarşıya qoyulan məqsəd kəmiyyətə deyil, keyfiyyətə işləməkdən ibarət olmalı və biznes maraqları əmək, peşə maraqlarından üstün olmamalıdır.

Görüş qarşılıqlı müzakirələr şəklində davam edib. Sonda baş redaktor layihə iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzu edib.

OXŞAR XƏBƏRLƏR