2015-cü ilin yanvar ayı ərzində AZXEBER.COM saytına giriş statistikası ilə bağlı məlumatları təqdim edirik.
Rəqəmlər virtual dünyanın ən etibarlı hesablayıcısı sayılan Google Analytics-dən götürülüb.
Yanvar ayı ərzində AZXEBER.COM səhifəsinə 2,186,066 ziyarətçi (sessiya) daxil olub. Ziyarətçilər 508,409 unikal İP-dən daxil olub. Ümumilikdə 2 milyon 186 min 066 səhifə baxışı olub. Hər bir ziyarətçı orta hesabla 2:08 dəqiqə saytda qalıb.
Bu ay ərzində eyni zamanda AZXEBER.COM-un rəsmi səhifəsini "facebook" sosial şəbəkəsində bəyənən insanların sayı 315 mini ötüb. "Myvideo.az"da mövcud olan kanalımıza baxış sayı isə 4 milyonu ötüb.
Sosial mediada ən aktiv xəbər portallarından olan AZXEBER.COM-un səhifəsinin aktivliyi isə 100 mini ötüb.
"Facebook"la yanaşı portalımızın "Twitter", "İnstgram", "Youtube" və "Myvideo"da rəsmi səhifəsi mövcuddur.
Bizi sosial şəbəkələrdə izləyin:
