Azyaşlı uşaq liftin şaxtasına yıxıldı

Azyaşlı uşaq liftin şaxtasına yıxıldı
Bütün Xəbərlər
14:30 22.07.2013
1591

Bakıda liftin şaxtasına yıxılan azyaşlı uşaq sağ qalıb. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə iyulun 20-də qeydə alınıb.

Rayon sakini Aysel Məhərrəmovanın evinə qonaq gələn bacısı oğlu, İmişli rayon sakini, azyaşlı Osman Abbasov binanın 4-cü mərtəbəsindən liftin şaxtasına yıxılıb. O.Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR