Azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı Mərdanı ögey qızı ifşa edibmiş - TƏFƏRRÜAT

Azyaşlıya qarşı əxlaqsızlıq edən 64 yaşlı Mərdanı ögey qızı ifşa edibmiş - TƏFƏRRÜAT
HADİSƏ
21:07 24.11.2025
978
Ötən həftə Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə prosesi keçirilib, o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

AZXEBER.COM Teleqraf.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan və Mərdan Həsənovun məsuliyyətə cəlb olunmasına səbəb olunan video onun ögey qızı Nərgiz (ad şərtidir) tərəfindən 64 yaşlı kişinin qanunazid əməllərinin ifşa olunması məqsədilə lentə alınıb.

Qısa arayış olaraq bildirək ki, Mərdan Hüseynovun əxlaqsız hərəkətlər etdiyi 6 yaşlı Sünbül (ad şərtidir) onun qonşusunun qızı olub. Sünbülün anası Nəzakətin (ad şərtidir) işi çox olduğu vaxtda azyaşlı övladlarını Mərdanın arvadına və qızına tapşırıb.

2025-ci ilin iyununda yenə Nəzakət uşaqları Mərdanın ailəsinə tapşıraraq öz işinin arxasınca gedib. Bu zaman Mərdanın ögey qızı Sünbüllə bir qədər həyətdə oynadıqdan sonra evə daxil olublar. Həmin vaxt Mərdan öz telefonunda "TikTok"a baxırmış.

Nərgiz yenidən həyətə qayıtdıqdan sonra Mərdanın əlindəki mobil telefonun səsinin kəsildiyini eşidib, azyaşlı ilə telefona baxmadıqları təqdirdə nə etmələri ona maraqlı gəlib.

Təxminən 2-3 dəqiqə sonra Mərdan onun yanına gələrək mobil telefonunun ekranının kilidə düşdüyünü deyib və aça bilmədiyini bildirib. Nərgiz ögey atasından telefonu alıb baxan zaman "TikTok"da videoçəkiliş üçün nəzərdə tutulmuş bölmədə təxminən 6-7 saniyəlik videogörüntü olduğunu, lakin həmin görüntünün yaddaşa yazılmadığını görüb. Həmin görüntüyə diqqətlə baxarkən ögey atası Mərdanın Sünbülü öpdüyünü görüb, bu görüntüləri ögey atasının özü də bilmədən qeydə aldığını başa düşüb və bu barədə heç kimə xəbər etmədən videonu telefonun yaddaşına yazmadan silib.

Lakin Mərdanın Sünbülü bu formada öpməsinin normal olmamasını başa düşərək ögey atasının azyaşlıya qarşı seksual hərəkət etməsindən şübhələnib.

Nərgiz bu barədə evə gəldikdən sonra anasına danışsa da, qadın inamayıb və "uşaqdır, öpür də, burada nə var ki, Mərdan həmin uşaqları nəvəsi gözündə görür" deyə cavab verib.

Həmin günün səhəri saat təxminən 12 radələrində anası evdə olmadığı müddətdə Mərdan ona səslənərək qonşunun qızını evə gətirməyi, onunla oynamaq istədiyini bildirib.

Nərgiz bu dəfə Mərdanın nə etdiyini dəqiqləşdirmək üçün evə daxil olub qonaq otağına girərək mobil telefonunu cərəyana qoşacağını deyib, əslində isə həqiqəti öyrənib anasına çatdırmaq üçün mobil telefonu videogörüntüyə qoyaraq yenidən həyətə qayıdıb.

Təxminən 5-6 dəqiqə sonra Mərdan hər iki uşaqla birlikdə həyətə düşdükdə evə qalxıb mobil telefonunu götürüb çəkilmiş videogörüntüyə baxarkən Mərdanın azyaşlıya qarşı əxlaqsızlıq etdiyini görüb.

Təxminən 1 saat sonra evə gələn anasına videonu göstərib. Anası onunla birlikdə qonşusunun evinə gedərək olanları sonuncuya danışıb və mobil telefonundakı videonu göstərib. Sünbülün anası əsəbiləşsə də, camaat arasında biabır olmamaları üçün Mərdanın barəsində heç yerə şikayət etməyəcəklərini bildirib və ondan telefonundakı videonu silməyini xahiş edib. O, telefonunun qalereya bölməsindən videonu silib, lakin görüntü "Google foto" bölməsinin yaddaşından qalıb.

Xeyli müddət keçməsinə baxmayaraq, Nərgiz Sünbülün anası və valideynlərinin, eləcə də öz anasının Mərdanın iyrənc və qanunsuz əməlini bilə-bilə bu barədə polisə şikayət etməmələrini və heç nə olmamış kimi davranmalarını gördükdə əsəbiləşib, Mərdanın azyaşlı qıza qarşı etdikləri ağlından çıxmayıb, həmin əməllərindən sonra təqsirləndirilən şəxsin azadlıqda qalması onu incidib.

Buna görə 2025-ci ilin iyul ayının sonlarında "Instagram"da hesab açaraq videonun ictimaiyyətə yayılmasını təmin etmək üçün səhifələrdən birinə göndərib, əxlaqsızlıq edən şəxsin kimliyi barədə məlumat verdikdən sonra hesabını silib.

Qeyd edək ki, sözügedən video ictimailəşəndən sonra Mərdan Həsənov məsuliyyətə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO