Azyaşlıya zorakılıq göstərən anası saxlanıldı - cinayət işi açıldı

Azyaşlıya zorakılıq göstərən anası saxlanıldı - cinayət işi açıldı
KRİMİNAL
13:33 05.03.2025
364
Sosial şəbəkələrdə azyaşlının xəsarətləri əks olunan görüntülər polis tərəfindən araşdırılıb.

Bu barədə AZXEBER.COM-un sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirib. Qeyd olunub ki, aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə uşağın sığınacağa yerləşdirilməsi təmin olunub.

Polis əməkdaşları tərəfindən azyaşlıya zorakılıq göstərən anası saxlanılıb və barəsində Cinayət Məcəlləsinin əzab vermə maddəsilə cinayət işi başlanılıb.

Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR