Bəhram Bağırzadə haqqında bilmədiyiniz faktlar

ŞOU-BİZNES
20:53 01.02.2011
12897


1. Doğulduğu tarix:
1972-ci il, 4 sentyabr.

2. Bürcü, ili:
Qız bürcü, Siçan ili.

3. Harada yaşayır:
Rusiya səfirliyinin yaxınlığında.

4. Uşaqlıq hobbisi:
Şıxov çimərliyindən butılka yığıb, 20 qəpikdən təhvil verirdim. Pulumu yığıb, konstruktor alırdım.

5. İlk qazancı:
114 rubl. Azərnəşrdə fəhlə işləmişəm.

6. Başqa bacarığı:
Kafel və parket vura bilirəm.

7. Əlindən nə gəlmir:
Heç vaxt polis və maşinist işləyə bilmərəm.

8. Xüsusi pəhrizi:
Son zamanlar çörəkdən imtina etmişəm. Hər şeyi az miqdarda yeyirəm. 6 aya 22 kq. arıqlamışam.

9. Məşğul olduğu idman növü:
Bir gündənbir 5 km. qaçıram və ya 55 dəqiqə bulvarda 6 km. gəzirəm. Hər axşam 35 dəqiqə üzürəm.

10. Səni nə üstündə danlayırdılar:
Dərs oxumadığım üçün.

11. Sevdiyi yemək:
Azərbaycan mətbəxinin bütün yeməklərini xoşlayıram.

12. Sevmədiyi yemək:
Dovğanı sevirəm, amma orqanizmim qəbul etmir.

13. Sevdiyi və sevmədiyi içki:
«Yessentuki 4» və «Barjomi»ni xoşlayıram. 10 ildir ki, spirtli içki içmirəm.

14. Kitab oxuyur:
Hazırda Orxan Pamukun əsərlərini oxuyuram.

15. Teatrda son dəfə nə vaxt olub:
Təmirlər bağlı son iki ildir ki, teatrlara getmirəm. Amma hər bazar günü uşaqlarımı Kukla teatrına aparıram.

16. Necə qadınları xoşlayır:
Anamı, həyat yoldaşımı və bacımı sevirəm. Ümumiyyətlə, imanlı, əsl müsəlman qadınına hörmət edirəm.

17. Səhhəti necədir:
İdmanla məşğul olmayanda bütün bədənim, indi isə dişim ağrıyır.

18. Heyvansevərdir:
Arı, qarışqa və qaranquşu sevirəm.

19. Sevdiyi aktrisa, aktyor:
Robert Deniro, Jan Qaben, Həsənağa Turabov və Hamlet Xanızadə.

20. Hansı filmləri xoşlayır:
Həyatı filmləri. Kriminal və dəhşət filmlərinə baxmıram.

21. Dostları:
Anam, həyat yoldaşım və bacım.

22. İlk sevdiyi qız:
Bütün sinif coğrafiya müəlliməmizi sevirdi. Artıq yaşlı qadındır, amma mən onu indiyə qədər də sevirəm.

23. Diqqət çəkmək üçün nə edir:
KVN oynamışam.

24. Uşaqlarını necə çağırır:
Oğluma «papa», qızıma isə «mama» deyirəm.

25. Geyim tərzi:
Qiymətindən asılı olmayaraq, zövqlə geyinməyi xoşlayıram. Məsələn: bu şərfi 8 manata almışam, amma onu zövqlə taxanda, elə bilirsən 80 manat qiyməti var. Geyimə çox pul vermək xəstəlikdir.

26. Onu tez - tez harada görmək olar:
Cahil vaxtımda çayxanada, indi isə məsciddə.

27. Maşını:
Mercedes - E 240.

28. Ən sevdiyi aksesuarı:
Telefon, saat, kepka və təsbeh.

29. Talismanı:
1 manat və qəpiklər ruzi talismanıdır.

30. Gələcək ay üçün planı:
Əstəğfrullah, əgər Allahı güldürmək istəyirsənsə, planlarından danış. Çünki müsəlman zikr edib, bu günü ilə yaşamalıdır./// ATV MAQAZİN jurnalı

 

OXŞAR XƏBƏRLƏR