Qeyd edək ki, bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə B. Hacıyev barəsində bir aylıq həbs-qətimkan tədbiri seçilib. B. Hacıyev barəsində Cinayət Məcəlləsinin 321.1 (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə yanvarın 24-də Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Hazırda o, Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılır.