Məhkəməyə həmçinin Pərviz Müşərrəfin Əziz və Şahzadla baş nazirin ölümündən əvvəl və sonra telefon əlaqəsi saxladığına dair dəlillər təqdim edilib. Bunları nəzərə alan Ravalpindi məhkəməsi B.Bhuttonun ölümünü araşdıran Federal Agentliyin dəlilləri ilə razılaşaraq Pərviz Müşərrəfi qətldə günahlandırılanların siyahısına daxil edib.
Xatırladaq ki, Pakistanın mərhum baş naziri Bənazir Bhutto 2007-ci ilin dekabrın 27-də törədilən terror aktı nəticəsində həlak olub.
// ANS Press