Baş Prokurorluq Neft Şirkəti əməkdaşlarının həbsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Bütün Xəbərlər
15:08 18.02.2011
1894

Baş Prokurorluqu Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 8 əməkdaşının həbsi barədə yayılan məlumatlara münasibət bildirib. Azxeber.com xəbər portalının məlumatına görə, fevralın 17-də Müstəqil İnformasiya Agentliyində Azərbaycan Dövlət Neft Şirkətinin Təhlükəsizlik İdarəsinin 8 əməkdaşının rüşvət alması ilə əlaqədar həbs olunması və hadisə ilə bağlı Sabunçu Rayon Prorkurorluğunda cinayət işinin başlanması barədə informasiya dərc olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar SultanovMilli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, dövlət orqanlarının işgüzar nüfuzuna xələl gətirilməsinə xidmət edən həmin məlumat həqiqətə uyğun deyil: "Həmin informasiyalar həqiqətə uyğun olmadığından tərəfimizdən təkzib olunur. Kütləvi informasiya vasitələrinin nümayəndələrindən bir daha xahiş olunur ki, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün qeyri-rəsmi mənbələrə istinad etməklə və real faktlara söykənmədən sensasiya xatirinə yazılmış həmin məlumatların düzgünlüyünü Baş Prokurorluğun, eyni zamanda respublikanın hüquq-mühafizə orqanlarının mətbuat xidmətləri ilə dəqiqləşdirsinlər”.

 

OXŞAR XƏBƏRLƏR