Baba Tağıyevin ‘Avropa Qapıları'na nazirlikdən böyük zərbə - RƏSMİ

Baba Tağıyevin ‘Avropa Qapıları
Bütün Xəbərlər
14:35 01.05.2013
2426

“Avropa Qapıları” adı ilə qapı və mebel istehsal edən “Tağıyev” şirkəti tərəfindən istehlakçı hüquqlarının pozulması barədə vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyev tərəfindən İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmiş materiallar əsasında aparılmış araşdırmalar nəticəsində istehlakçıların hüquqlarının pozulmasının aradan qaldırılması barədə Dövlət Xidməti tərəfindən “Tağıyev” şirkətinə icrası məcburi göstəriş verilib.

İİN-nin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, göstərişin yerinə yetirilməsi barədə şirkət tərəfindən Dövlət Xidmətinə məlumat verilmədiyi üçün göstərişin icra vəziyyətinin müəyyən edilməsi məqsədilə “Tağıyev” şirkətində yoxlama aparılıb. Yoxlama nəticəsində “Tağıyev” şirkəti tərəfindən vətəndaşlar Yarməmməd Əhmədov və Məhəmmədəli Əfəndiyevlə bağlanmış müqavilələrdə nəzərdə tutulan müddətlərə əməl olunmadığı, ödəniş şərtləri pozularaq hazırlanmış məhsulların dəyərinin istehlakçılardan onların faktiki ünvanında deyil, yaşadıqları binanın həyətində tələb olunduğu müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar müəssisəyə mövcud qanunvericiliyə uyğun olaraq, 4000 manat məbləğində cərimə tətbiq edilib.

Məlumat üçün bildirək ki, hazırda istehlakçıların hüquqlarının bərpa olunması barədə Dövlət Xidməti tərəfindən “Tağıyev” şirkətinə verilmiş icrası məcburi göstərişin yerinə yetirilməsinin təmin olunması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlər görülür. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara oxşar hallarla üzləşməmək üçün malları, işləri, xidmətləri alarkən icraçıdan müvafiq müqavilə tələb etməyi, müqavilədə sifarişin bütün xüsusiyyətlərinin düzgün əks olunduğuna və icraçının öhdəliklərinin və məsuliyyətinin göstərildiyinə xüsusi diqqət yetirməyi tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
15:22 28.08.2025
ABŞ-də kütləvi peyvənd problemi: Tramp bu şəxsi vəzifəsindən azad etdi
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
15:15 28.08.2025
"Microsoft" iki əməkdaşını işdən çıxardı – İsrailə qarşı aksiya keçirdikləri üçün
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
15:06 28.08.2025
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
15:06 28.08.2025
Sevginin planeti Venera, eşqin bürcü olan Şirə keçdi
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
14:45 28.08.2025
E-kateqoriyalı sürücülər üçün yeni imkan: rəsmi maaş 2000 manat
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
14:38 28.08.2025
Azərbaycanlı deputatdan Zatulinə sərt cavab: "Sizin kimilər sərsəmləməkdə davam etsinlər"
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
14:29 28.08.2025
Sabah 800-dən çox abonentin qazı kəsiləcək
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
14:26 28.08.2025
Türkiyədə əməliyyatlar nəticəsində minlərlə sintetik həb ələ keçirildi
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
14:20 28.08.2025
Rusiyalı deputatdan Azərbaycan barədə sərsəm AÇIQLAMALAR
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
13:57 28.08.2025
Paşinyan: Vaşinqton sənədləri üzrə müzakirələr sentyabrdan başlayacaq
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
13:53 28.08.2025
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
13:48 28.08.2025
"14 saat qaldı"- Astroloqdan AÇIQLAMA
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
13:41 28.08.2025
Narkotikdən əziyyət çəkən azərbaycanlı aparıcı tanınmaz halda - FOTO
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
13:40 28.08.2025
"Qarabağ"ın ÇL-nin əsas mərhələsinə çıxmasına görə qazandığı - Fantastik məbləğ
Paşinyan Bayden administrasiyasını tənqid etdi
13:34 28.08.2025
Paşinyan Bayden administrasiyasını tənqid etdi
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?
13:22 28.08.2025
"İctimai nəqliyyatda tarif dəyişikliyi qaçılmaz ola bilər" - Qiymət artır?