Bacı-qardaşın daxili orqanlarında heroin tapılıb

Bacı-qardaşın daxili orqanlarında heroin tapılıb
Bütün Xəbərlər
09:52 04.06.2011
1835

İrandan Azərbaycana heroin keçirmək istəyən bacı-qardaş saxlanılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, Adıgözəlov Səbuhi Vaqif oğlu və onun bacısı Tağıyeva Vüsalə Vaqif qızı piyada yolla İrandan Azərbaycana gələrkən, hər iki şəxs Astara Gömrük İdarəsi Sərnişin şöbəsində gömrük nəzarətinə cəlb ediliblər. 

S.V.Adıgözəlovun üzərində aparılan şəxsi yoxlama nəticəsində, onun daxili orqanı-düz bağırsağında şəffaf polietilenə bükülü 3 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 80.598 qram olan narkotik vasitə heroin və V.V.Tağıyevanın üzərində aparılan şəxsi yoxlama və tibbi müayinə nəticəsində, onun daxili orqanından şəffaf polietilenə bükülü 2 ədəd yumru-uzunsov formalı bağlamalarda olmaqla, ümumi xalis çəkisi 54.312 qram olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

OXŞAR XƏBƏRLƏR