Bacanağını namus üstündə öldürən şəxsin məhkəməsi: onun arvadı və qızı da qətldə ittiham edilir

Bacanağını namus üstündə öldürən şəxsin məhkəməsi: onun arvadı və qızı da qətldə ittiham edilir
KRİMİNAL
14:39 28.01.2019
3561

Bacanağını öldürən şəxs hakim qarşısına çıxarılıb. O, əməlindən peşman olmadığını, hadisəni namus üstündə törətdiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə istintaqı davam etdirilib. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən məhkəmə iclasında mərhumun atası, hüquqi varisi məhkəməyə vəsatətlə müraciət edib.

Mərhumun atası əvvəlcə məhkəməyə sədrlik edən hakimə etiraz edib. Səbəb olaraq isə göstərib ki, əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilməyib. Məhkəmədə tərəflər vəsatətə münasibət bildirərək təmin edilməməsini istəyib.

Şahin Qasımov isə vəsatətə münasibət bildirərkən bir daha qətli törətdiyini etiraf edib. Söyləyib ki, heç kimə etiraz etmir və qətli də özü törədib. Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlər dindirilə bilər. Amma buna baxmayaraq hüquqi varisin vəsatəti müzakirə edilib.

İşə baxan tərkibdə olan digər iki hakim - Azər Paşayev və Əhməd Quliyev müşavirə otağında vəsatəti müzakirə edib. Qərara əsasən vəsatət əsassız olduğu üçün təmin edilməyib. Hüquqi varisin digər vəsatəti isə işin həm ibtidai istintaqa qaytarılması, həm Şahin Qasımovun xanımı və qızı barəsində ayrıca cinayət işi açılması, həm də işdə adı keçən Xaliq adlı şahid tapılana qədər məhkəmə istintaqının dayandırılması olub.

Bu vəsatətə ilk olaraq dövlət ittihamçısı münasibət bildirib. Prokuror söyləyib ki, vəsatətdə qeyd edilən bəndlər arasında ziddiyyətlər var: "İşi istintaqa qaytaracağıqsaq, necə məhkəmə istintaqını dayandıraq? Əgər istintaqı dayandıracağıqsaq, işi istintaqa necə qaytaraq? Digər şəxslər barəsində cinayət işi açılması isə müstəntiqin işidir. Mən yalnız işin ibtidai istintaqa qaytarılmasına münasibət bildirə bilərəm. İşin halları ilə təkrar və ətraflı tanış olmaq üçün məhkəmədən vaxt istəyirəm. Sonra vəsatətə münasibət bildirəcəm".

Məhkəmə iclası fevralın 11-nə təxirə salınıb.

İttihamda göstərilir ki, Şahin Qasımov öz evində bacanağı Müşfiq Abbasovu qətlə yetirib. Qətlə səbəb tərəflər arasında başlayan mübahisə olub. Qasımov qızına sataşdığını iddia edərək Abbasovu qətlə yetirib.

Elan olunmuş ittihamla Şahin Qasımov özünü təqsirli bilib və əməlindən peşman olmadığını söyləyib. Sərbəst ifadə verən Qasımov bacanağını namus üstündə öldürdüyünü söyləyib.

O, söyləyib ki, qızım ailə həyatı qursa da, sonradan boşanıb və onunla birgə yaşayıb: "Bacanağım Müşviq Abbasov bizə gəlmişdi. Birlikdə yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu vurmuşam. Əməlimdən peşman deyiləm. Müşviqin bu binamus hərəkətlərindən xəbərsiz idim. Müşviq qızıma pulla cinsi əlaqəyə girməyi də təklif edib. Yaxşı ki, elə qeyrətsiz adamı öldürmüşəm".

Qətl hadisəsi Xırdalanda baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. O, xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə dünyasını dəyişib. Ş.Qasımov Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir