İranın paytaxtı Tehranda evsiz, evdən qaçmış və narkotik asılılığı olan qadınlara sığınacaq vermək bəhanəsi ilə ev kirayələyən kişi, qonşusunun məlumat verməsindən sonra cinayətləri ifşa edilib. Evdə bir qadının cəsədi tapılıb və qətl və təcavüzdə günahkar bilinən təqsirləndirilən şəxs edam cəzasına məhkum edilib. Ali Məhkəmənin qüvvədə saxladığı edam hökmü icra edilib və ona kömək edən bacısı da həbs cəzasına məhkum edildi.
AZXEBER.COM Lent.az-a istinadən bildirir ki, qonşunun polisə xəbər verməsindən sonra dəhşətli evin qapıları açılıb. İranın paytaxtı Tehranda qadın evində aşkarlanan qətl və cinsi təcavüz işi ilə bağlı məhkəmə prosesi başa çatıb. Qətl və təcavüzdə ittiham olunaraq edam cəzasına məhkum edilən şəxsin edam edildiyi açıqlanıb.
Bacısı ilə bir ev kirayələyib və orada qadınları yerləşdirib
İran məhkəmə sistemi ilə əlaqəli Mizan xəbər agentliyinin verdiyi məlumata görə, hadisə 2022-ci ilə təsadüf edir. Adı açıqlanmayan bir şəxs Tehranın Qəzvin küçəsində bacısı ilə birlikdə ev kirayələyib. Onlar kirayə evi qalacaq yeri olmayan qadınlar üçün sığınacağa çeviriblər. Evdə qalanlar arasında evsiz, evindən qaçan qadınlar və narkomaniyaya aludə olanlar da olub. Lakin qadınların saxlanıldığı evdə ağır cinayətlər törədilib. İstintaqın bir hissəsi olaraq, orada qalan qadınların cinsi istismara məruz qaldığı məlum olub. Hadisənin üzə çıxmasına səbəb məhəllə sakininin şikayəti olub.
Qonşunun məlumati dəhşətli həqiqəti ortaya çıxarıb
Qəzvin küçəsindəki evdə baş verənlərdən şübhələnən qonşu vəziyyəti polisə bildirib. Məlumatdan sonra təhlükəsizlik qüvvələri ünvana gedərək araşdırmaya başlayıblar. Evdə aparılan araşdırma zamanı polislər bir qadının cəsədini tapbılar. Bu səbəbdən evdəki hadisələr qətllə bağlı istintaq araşdırmasına çevrilib. Qadınların cinsi istismara məruz qaldığını göstərən tapıntılar da istintaqın əhatə dairəsini genişləndirib. Polis və məhkəmə orqanları hadisənin bütün aspektlərini işıqlandırmaq üçün çalışıblar.
Qətl və təcavüzə görə ölüm hökmü verilib
Təhlükəsizlik qüvvələri və məhkəmə orqanlarının apardığı istintaq başa çatdıqdan sonra iş məhkəməyə göndərilib. Təqsirləndirilən şəxs evdə baş verən hadisələrə görə qətl və təcavüz ittihamları ilə mühakimə olunub. Məhkəmə işdəki dəlilləri qiymətləndirdikdən sonra təqsirləndirilən şəxsi qətl və təcavüz ittihamları ilə edam cəzasına məhkum etmək qərarına gəlib. Qərardan sonra iş İran Ali Məhkəməsinə göndərilib. Ali Məhkəmə təqsirləndirilən şəxsə verilən ölüm hökmünü qüvvədə saxlayıb. Beləliklə, ölüm hökmünün icrası üçün yol açılıb. İran məhkəmə sistemi məhkəmə qərarı qüvvəyə mindikdən sonra ölüm hökmünün icra edildiyini elan edib.
Edam edilən şəxsin şəxsiyyəti ilə bağlı heç bir məlumat verilməyib. Hadisədə yalnız edam edilən şəxsin deyil, həm də bacısının günahkar olduğu müəyyən edilib. Təqsirləndirilən şəxsə kömək etdiyi deyilən qadın da mühakimə olunub. Məhkəmə təqsirləndirilən şəxsin bacısını həbs cəzasına məhkum edib. Məlumata görə, qadın hazırda həbsdədir.











































