Bu dünyaya 2 ay bundan qabaq "əlvida" deyən xalq artisti Yaşar Nurinin ruhuna ithaf edilmiş "Kimlər gəldi, kimlər getdi" klipinin təqdimat mərasimi oldu.AZXEBER.COM-un məlumatına görə, görkəmli aktyorun bacısı oğlu - müğənni Rüfət Axundov aktyorun ən çox sevdiyi mahnını ifa edərək ekranlaşdırıb. Müğənni klipi dayısının ölümünün 40 gününə həsr edib.Nail Naiboğlunun ekran həyatı verdiyi klipdə görkəmli aktyorun uşaqlıq illərini əhatə edən fotolardan və filmlərdən kadrlardan istifadə edilib. Klipin girişində Yaşar Nurinin özünün ifası yer alıb.