İraqın paytaxtı Bağdadda güclü partlayış baş verib.AZXEBER.COM-un "Agence France-Presse"-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 27 nəfər həlak olub. Məlumata görə, kamikadze əsasən şiələrin olduğu ərazidə yerləşən ticarət mərkəzinin ikinci mərtəbəsini partladıb. Bu olay nəticəsində yaralananların sayı 50 nəfəri ötüb. Yerli polis işçiləri ölənlər arasında 3 uşağın olduğunu açıqlayıblar.