Bağdaddan Bakıya cəmi 250 dollara

Bağdaddan Bakıya cəmi 250 dollara
Bütün Xəbərlər
17:24 10.09.2015
941
Yeni reys açılır.
Qurban bayramı ərəfəsində Bağdad-Bakı reysi açılacaq.
Oxu.Az İraq KİV-nə istinadən xəbər verir ki, bu barədə Iraqi Airways şirkəti bəyan edib.
Qeyd edilib ki, Bağdad və Bakı arasında aviareys sentyabrın 22-də Qurban bayramı ərəfəsində açılacaq.
İraq Nəqliyyat Nazirliyinin bəyanatına müvafiq olaraq, Bağdaddan Bakıya uçuşlar İraqın nəqliyyat naziri Bağır əl-Zubaydinin rəhbərliyi altında açılacaq.
Reyslər həftədə bir dəfə çərşənbə axşamı həyata keçiriləcək.
İlk reyslər endirimli qiymətlə - 250 dollara yerinə yetiriləcək.
OXŞAR XƏBƏRLƏR