Badamdarın inkişafına 2 milyon manat ayrıldı

Bütün Xəbərlər
16:13 20.04.2011
1475

Azərbaycan prezidenti İlham Əliyev Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Səbail rayonu İcra Hakimiyyətinə Badamdar qəsəbəsində yeni 120 yerlik uşaq bağçası və 880 şagirdlik ümumtəhsil məktəbi binalarının tikintisinə başlamaq üçün Prezidentin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrılıb.

OXŞAR XƏBƏRLƏR