"Bahalaşma qaçılmazdır" – “Azersun"-un prezidenti

"Bahalaşma qaçılmazdır" – “Azersun"-un prezidenti
Bütün Xəbərlər
13:00 11.03.2015
3199
“Azersun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyası və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb.
AZXEBER.COM “marja”ya istinadən xəbər verir ki, III Beynəlxalq “Caspian Energy Forum-2015”də çıxış edən Abdolbari Goozal bildirib ki, Azərbaycanda devalvasiya birdən oldu: “34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik. Təməl qida məhsullarının istehsalı üzrə “Azersun” xaricdən orta hesabla 50% asılıdır. Bu, bəzi məhsullarda 60%, bəzi məhsullarda isə 10%-dir. Məsələn, duz kimi. Bunun yükünü biz və idxalçı firmalar çəkir. Bu, inşallah yavaş-yavaş düzələcək. Bu şoku Azərbaycan çox rahahatlıqla keçirdi”.
Abdolbari Goozal qeyd edib ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərinin 34% deyil, 15-17% civarında artmasına səbəb olacaq: “Bəzi xaricdəki dostlarımız bizə zəng vuraraq qiymətləri sabit saxladığımızı soruşurlar. Əlbəttə, devalvasiya yerli məhsulların qiymətinin artmasına öz təsirini göstərəcəkdir. Devalvasiya, yəni manatın 34% uzuclaşması yerli istehsal olan məhsullarda 100% deyil, 50% əks olunacaqdır. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34% bahalaşması qaçılmazdır”.
Abdolbari Goozal deyib ki, Azərbaycanda tekstil və kənd təsərrüfatında böyük potensial var. Dövlət və özəl sektor bu sahələrə diqqəti artırmalıdır.
OXŞAR XƏBƏRLƏR