Bahar Muradovaya medal verildi

Bahar Muradovaya medal verildi
Bütün Xəbərlər
10:20 30.03.2012
866

Milli Məclisin sədri Oqtay Əsədovun sərəncamı ilə parlamentin vitse-spikeri Bahar Muradova ölkəmizdə parlamentarizmin inkişafında və parlamentlərarası əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Fəxri medalı ilə təltif edilib. AZXEBER.COM-un Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 29-da parlamentin sədri Milli Məclisin Fəxri medalını Bahar Muradovaya təqdim edərək ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb. Milli Məclisin sədr müavini əməyinə verilən qiymətə görə minnətdarlığını ifadə edərək, gələcəkdə də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib.

OXŞAR XƏBƏRLƏR