Baıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - VİDEO

Baıda sərxoş sərnişin avtobusun şüşəsini sındırdı - VİDEO
SOSİAL
10:39 19.05.2025
604

Bakıda ictimai nəqliyyatda xuliqanlıq hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə mayın 17-si saat 22:25 radələrində baş verib.

Belə ki, sərxoş vəziyyətdə olan sərnişin 65 saylı marşrut avtobusunun şüşəsini sındırıb. Belə ki, orta yaşlı şəxs avtobus Yasamal rayonu Tbilisi prospektində hərəkətdə olarkən qapıya yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanmasını tələb edib və şüşəni sındırıb.

Həmin şəxs avtobusdan düşərək heç nə olmamış kimi yoluna davam edib.

Məsələ ilə bağlı DİN-in "102” xidmətinə məlumat verilib. Faktla bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsində araşdırma aparılır.

Hadisə anının görüntülərini təqdim edirik:

 

OXŞAR XƏBƏRLƏR