Tədbirdə Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının beynəlxalq əlaqələr departamentinin direktoru Rəna İbrahimova və Bakı Dövlət Universitetinin aspirantı Tural İslamov iştrak edib. Tədbirdə 8 dövlətdən 60-a yaxın gənc iştrak edib. Forumda MDB dövlətlərinini tələbə və gənclər təşkilatları arasında əlaqələrin möhkənlənməsi; elm, təhsil, mədəniyyət, humanitar sahədə və informasiya mübadiləsi sahəsində əməkdaşlığın genişlənməsi; MDB-nin gələcəyində gənclər təşkilatlarının rolu və digər məsələlər müzakirə olundu. Həmçinin forumun əsas məqsədi elm, təhsil və tələbə təşkilatlarının idarəedilməsində innovativ layihələrin keçirilməsi təcrübəsinin mübadiləsi idi. Qeyd edək ki, Məmmədbağır Məmmədov Beynəlxalq Tələbə və Gənclər Təşkilatları Birliyinin idarə heyətinin üzvüdür https://sodrujestvo-info.org/koord.html
Forumun sonunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Beynəlxalq Tələbə və Gənclər Təşkilatları Birliyi, həmçinin Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı və M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tələbə Birliyi arasında əməkdaşlıq haqda müqavilə imzalandı.