Bakı sakini 17 mərtəbəli binanın damından özünü atdı
Bütün Xəbərlər
05:48 07.06.2011
1961
Bu barədə Nizami Rayon Prokurorluğundan bildirilib. Hadisə iyunun 6-da, axşam saatlarında Qara Qarayev prospektində qeydə alınıb. Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 30 yaşlı İslam Allahyarov 17 mərtəbəli binanın damından özünü atıb. İ. Allahyarov yerindəcə dünyasını dəyişib. Onun özünə qəsd etməsinin səbəbləri məlum deyil.