Bakıda 15 yaşlı qız özünü 7-ci mərtəbədən atıb

Bütün Xəbərlər
08:54 07.01.2011
2469
Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 17, mənzil 56-da qeydə alınıb. Həmin ünvanda yaşayan, 15 yaşlı Ləman Ələsgərova özünü 7-ci mərtəbədən atıb. O, dərhal xəstəxanaya yerləşdirilib. L.Ələsgərovanın vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbləri isə hələlik məlum deyil. 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR