O, zərərçəkmiş uşağın qonşusudur. Ağır cinayət bu gün saat 12:00 radələrində törədilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hətrəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.
-----------
15:07
Bakının Binəqədi rayonunda ağlasığmaz zorlama hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, “Baksol” qəsəbəsində 16 yaşlı oğlan 4 yaşlı A.V-yevanı zorlayıb.
Azyaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Xəstəxanadan əldə etdiyimiz məlumata görə, qızcığaza düz bağırsağın travmatik zədəsi diaqnozu qoyulub.
Cinayəti törədən şəxs saxlanılıb.
Ətraflı məlumat veriləcək.
// milli.az