Belə ki, Yasamal rayonu Şərifzadə küçəsində yaşayan 1991-ci il təvəllüdlü H.S. saat 21 radələrində binanın həyətinə düşüb və geri qayıtmayıb.
Valideynləri daha sonra qızın harada olması ilə bağlı narahatlıq keçiriblər və bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat veriblər. Daha sonra isə məlum olub ki, qızı Yalçın adlı şəxs qaçırıb.
Hazırda məsələ üzrə araşdırmalar davam etdirilir.
H.S.-nın valideynlərinin qızı evə qaytarmaq istəyi, onların öz övladlarının qərarından asılı olacaq.
//lent.az