Bakıda 3 polisi bıçaqlayan gənc haqda şok məlumat

Bütün Xəbərlər
10:04 17.01.2011
2212

Lakin hadisənin gerçək təfərrüatı üstündən dörd gün keçməsinə baxmayaraq, ortaya çıxmadı. Ortada olan suallara aydınlıq gətirilmədi. Bu suallar isə hamının verə biləcəyi şəkildə sadədir. Məsələn, olay hansı şəraitdə baş verib? Üç polis əməkdaşını (Özü də sıradan polis əməkdaşını deyil, məhz xüsusi hazırlığı ilə seçilən Çevik Polis Alayının əməkdaşlarını) bıçaqlaya bilən “qəhraman” kim olub? Onlar restoranın qabağında hansı məsələni həll edirmiş? Bu sualların sayını da artırmaq olar. Ancaq buna ehtiyac görmürük. Çünki təqdim etdiyimiz informasiyada bu suallara da, başqa məqamlara da tam aydınlıq gətirilir. Beləliklə hüquq-mühafizə orqanlarındakı etibarlı və yüksək mənbədən həmin hadisənin təfərrüatları ilə bağlı informasiyanı təqdim edirik.

Yanvarın 13-də gecə Çevik Polis Alayının əməkdaşları öz xidməti ərazilərinə daxil olan “Neon” restoranının ətrafında hərəkət edirmişlər. Bu zaman onlar restoranın qabağındakı maşın dayanacağında yeddi-səkkiz nəfərin əlbəyaxa olduğunu görürlər. Polis əməkdaşları asayişin təminatı və baş verən olayın sakitləşdirilməsi üçün əraziyə yaxınlaşırlar. Onlar yaxınlaşan zaman dava edənlərdən bir nəfərin qan içində olduğunu görürlər. Polislər yaxınlaşan kimi isə dava edənlərdən üçü qaçıb aradan çıxır. Hadisə yerində dava eləyənlərdən beş nəfər qalır. Onlar əlbəyaxa olmağı saxlayırlar. Polislər əvvəlcə döyülən adamı avtomobilə aparıb, sonra o biriləri də maşına dəvət edir. Onlardan biri maşına çatana yaxın əlindəki bıçaqla polislərin ikisini, birini başından, digərini isə boyun hissəsindən ölümcül yaralayır. Həmin şəxs polisləri vurub qaçanda üçüncü polis əməkdaşı onun qabağına keçir. Bu zaman bıçaqlı adam qabağına keçən polisin sinəsindən və çiyin hissəsinin sağ tərəfdən zərbə endirərək aradan çıxmaq istəyir. Elə bu vaxt hadisə yerinə əlavə polis dəstəsi gəlir. Polis əməkdaşlarını bıçaqlayan şəxs qaçmağa, əlavə cəlb olunan dəstə isə onu təqib etməyə başlayır. O, qaçan zaman yıxılır, başı səkiyə və asfalta dəyir. Polislər ona arxadan çatır və saxlayaraq, digər dava eləyənləri, həmçinin yaralı polisləri də götürüb bölməyə aparırlar. Bir müddətdən sonra polisləri bıçaqlayıb qaçan və bu zaman yıxılaraq başı əzilən adamın - Elvin Əsgərovun halı pisləşir, onu xəstəxanaya götürürlər. 

Xəstəxanada yaralı müayinə olunur, lakin həmin vaxt nə qədər axtarsalar da onun qohumlarından heç kim tapılmır. Günorta vaxtı yaralını əməliyyata götürürlər. Lakin əməliyyat stolunda yaralı keçinir. Bundan sonra ölən Elvin Əsgərovun qohumları xəstəxanaya gəlirlər. 

Aparılan araşdırmalardan sonra o da məlum olub ki, ölən Elvin Əsgərov kriminal ələmdə “Vasmoy Elvin” kimi tanınıb və avtoritet olub. Elə həmin hadisə baş verən zaman da ciddi “razborka” aparılırmış. Məlumatlara görə, hadisənin baş verməsində istifadə olunan bıçaq bəzi mətbuat orqanlarının yazdığı kimi restorandan götürlən yağ bıçağı yox, xüsusi qaydada düzəldilən düyməli bıçaq olub. Hazırda həmin bıçaq dəlil-sübut kimi saxlanılır və adam öldürmək üçün istifadə olunması təsdiqlənib. Maraqlıdır ki, həmin bıçaqla “razborka”da iştirak edən Mamed adlı şəxs vurulmalı imiş. 

 Hazırda dava eləyərkən saxlanılan digər şəxslərlə bağlı prokurorluq orqanları tərəfindən istintaq işləri davam etdirilir, onların ifadələri alınıb. Yaralı polis əməkdaşlarının isə birini vəziyyəti orta ağır, ikisininki isə normal vəziyyətdədir. Eyni zamanda polis əməkdaşlarının da hadisə ilə bağlı ifadələri alınıb./// qafqazinfo.az

OXŞAR XƏBƏRLƏR