Bakıda ər həyat yoldaşını döyərək qətlə yetirib

Bütün Xəbərlər
09:22 17.01.2011
2035


Hadisə yanvarın 15-də, Qaradağ rayonu, Sahil qəsəbəsində, qeydiyyatsız evdə qeydə alınıb. Sözügedən ünvanda yaşayan, 32 yaşlı Eldar Şəkərov münaqişə zəminində həyat yoldaşı Vəsilə Babaxan qızı Babayevanı döyüb. V. Babayeva aldığı xəsarətlərdən yanvarın 16-da dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, bu əməllə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən E. Şəkərov saxlanıb. //Ans Press

 

OXŞAR XƏBƏRLƏR