Onun dindirilməsindən sonra polis əsas mənbənin izinə düşüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni Coşğuna satan Zabitə Əsgərova da yaxalanıb. Məlum olub ki, Z.Əsgərova da narkotikanı Arzu Əsgərovadan alıb. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Arzu Əsgərova yaxalanıb. Onun Parlament prospektindəki mənzilinə baxış keçirilərkən 325,783 qram narkotik vasitə olan heroin, elektron ölçü cihazı və digər vasitələr aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
//milli.az