Bakıda avtomobil avtobus dayanacağına "girdi" - FOTO

Bakıda avtomobil avtobus dayanacağına "girdi" - FOTO
Bütün Xəbərlər
06:20 30.05.2011
1705


Yüksək sürətlə hərəkət edən “VAZ-2106” markalı avtomobil idarəetməni itirərək yeni quraşdırılan avtobus dayanacağına çırpılıb. Həmin vaxt dayanacaqda adam olsa da, xoşbəxtlikdən onlar özlərini avtomobilin zərbəsindən yayındıra biliblər. Avtomobildə olan gənclər isə yüngül xəsarətlə canlarını qurtarıblar.

Qəza zamanı avtomobil və dayanacağa ciddi ziyan dəyib. Hadisə yerinə gələn Sabunçu rayon polis bölməsinin əməkdaşları hadisənin səbəblərini və dayanacağa dəymiş ziyanı müəyyən etmək üçün araşdırma aparır.

{jcomments off}

OXŞAR XƏBƏRLƏR