Bakıda dəhşət: “BMW” piyadaların üstünə sürdü: 1 ölü, 3 yaralı

Bütün Xəbərlər
05:33 20.12.2010
2062

 

Belə ki, “BMW” yüksək sürətlə hərəkət edirmiş. Bu zaman avtomobilin sürücüsü idarəetməni itirib və yolun kənarında yerləşən avtotəmir sexinin qarşısındakı “QAZ 24”-ə çırpılıb. Daha sonra isə sürücü özünü itirərək maşını yolun kənarındakı piyadaların üstünə sürüb. Nəticədə piyadalardan biri, 1961-ci il təvəllüdlü Quliyev Tapdıq Allahverdi oğlu hadisə yerindəcə keçinib. “BMW”-nin vurduğu daha iki piyada isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzanı törətmiş maşına ciddi ziyan dəysə də sürücüsü xırda xəsarətlərlə canını qurtarıb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR