Bakıda müharibə çağırışları səslənir

Bakıda müharibə çağırışları səslənir
Bütün Xəbərlər
20:51 27.06.2011
1661

Təşkilatdan aldığımız məlumata görə, toplantıda prezidentlərin Kazan görüşündən sonra Qarabağın taleyi ilə bağlı yaranmış təhlükəli vəziyyət müzakirə olunub. Ali Məclis üzvləri Kazan görüşünün nəticəsiz sona çatmasından ciddi narahat olduqlarını bildiriblər. 

Natiqlər həmsədr ölkələrin ermənipərəst mövqe tutduqlarını bir daha pisləyiblər: “Minsk Qrupu həmsədrlərinin məqsədi Qarabağ münaqişəsinin ədalətli həllini tapmaq deyil, onlar daha çox status-kvonu saxlamağa, Ermənistanın işğal edilmiş ərazilərdə ağalığını təmin etməyə çalışırlar. Ona görə də bu danışıqları davam etdirməyin heç bir mənası yoxdur”.

QAT Ali Məclisi bu məsələləri nəzərə alaraq hakimiyyətdən dərhal müharibəyə başlamağı tələb edib. Məclis həmçinin bu məqsədlə yaxın vaxtlarda BMT qarşısında “Ermənistana sanksiyalar tətbiq olunsun!”, hakimiyyət qarşısında isə “Dərhal müharibə başlasın!” tələbləri ilə aksiyalara başlamaq, Qarabağ döyüşçülərinin Forumunun təşkil olunması, Azərbaycanın iqtidarlı-müxalifətli bütün siyasi, ictimai qurumlarının iştirakı ilə Qarabağ qurultayının keçirilməsi haqda qərar qəbul edib. Tədbirlərin konkret vaxtının müəyyən edilməsi məsələsi isə İdarə Heyətinə tapşırılıb.

/// Yeni Musavat

OXŞAR XƏBƏRLƏR