Bakıda narkotik satışı ilə məşğul olan bacılar tutuldu
Bütün Xəbərlər
10:38 04.04.2011
1812
Yasamal rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin əməkdaşları əməliyat keçirib. Əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Vüqar Rəhimov saxlanılıb. Ondan 92 qram heroin aşkarlanıb. Onun dindirilməsi zamanı dəstənin digər 2 qadın üzvünün olması aydınlaşıb.
Bakı şəhər sakinləri Göyərçin Nağıyeva və onun bacısı Səidə İsmayılovadan 105 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.