Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyitə ilkin baxış keçirən ekspertlər qadının başının kəsilərək qətlə yetirildiyini müəyyən ediblər. Məlum olub ki, qətlə yetirilən qadın həmin ünvanda yaşayan Gümüş Abdullayevadır. Hadisədən əvvəl qadının keçmiş əri Elçin Babazadəni evin yaxınlığında görüblər. Hazırda polis E. Babazadənin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
15:07
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, bu gün saat 14:00 radələrində Z.Xəlil küçəsində qadının yetirilmiş meyiti tapılıb. Hadisə yerinə prokurorluq əməkdaşları, kriminalistlər gəlib. Qadının üzərində heç bir sənəd olmadığından, şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.
Onun əri Elçin Babazadə tərəfindən öldürüldüyü bildirilir. Hazırda əməliyyat qrupu onun tutulması istiqamətində işləyir. //milli.az