Bakıda qadınlar bıçağa əl atdı: 2 yaralı

Bakıda qadınlar bıçağa əl atdı: 2 yaralı
Bütün Xəbərlər
08:45 30.05.2011
1585
Mayın 28-də Bakının müxtəlif yerlərində iki qadın bıçaqlanma hadisəsi törədib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 14.00 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini Mətanət Fərəcova münaqişə zəminində qeyri-rəsmi nikahda olduğu Rauf Cəfərova bıçaqla xəsarət yetirib. Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fərəcova tutulub.


Digər hadisəni törədən qadın isə sərxoş vəziyyətdə olub. Məlumata görə, Xətai rayonu ərazisindəki kafelərdən birində sərxoş vəziyyətdə olan Aynur Cavadova paytaxt sakini İlham Əsədovu bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hər iki faktla əlaqədar araşdırma aparılır.

//lent.az

 

OXŞAR XƏBƏRLƏR