Bakıda tikinti şirkəti ağac kəsdiyinə görə 670.000 manat cərimələndi

Bakıda tikinti şirkəti ağac kəsdiyinə görə 670.000 manat cərimələndi
Bütün Xəbərlər
12:01 25.02.2011
1964

AZXEBER.COM portalının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, sözügedən ünvanda “Alyans-NN” MMC şirkəti Bakı şəhər İcra Hakimiyyətinin 28 iyun 2007-ci il tarixli sərəncamına əsasən çoxmərtəbəli yaşayış binasının inşasına başlanıb. 2008-ci ilin aprel ayında Departamentin əməkdaşları tərəfindən əraziyə baxış keçirilən zaman 29 ədəd ağacın olması müəyyən edilərək akt və məcburi göstərişlə ağacların qorunması və onlara aqrotexniki qulluq göstərilməsi şirkətə tapşırılıb. Fevralın 15-də Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin mütəxəssisləri yenidən sözügedən əraziyə baxış keçirərkən ərazidəki ağacların kökündən kəsildiyini müəyyən edib, faktla bağlı akt və protokol tərtib olunub. Araşdırma zamanı məlum olub ki, həmin ərazidə tikinti işlərini artıq “Alyans-NN” MMC deyil, “Rise” tikinti şirkəti həyata keçirir. Nazirlər Kabinetinin müvafiq qərarının tələblərini pozduğuna görə “Rise” tikinti şirkəti İnzibati Xətalar Məcəlləsinin 92.3.1 maddəsi ilə 649000 (altı yüz qırx doqquz min) manat, məcburi göstərişə əməl etmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsi ilə 18000 (on səkkiz min) manat məbləğində cərimə olunub. Təbiətə dəymiş ziyana görə isə şirkətə 885 (səkkiz yüz səksən beş) manat məbləğində iddia qaldırılıb

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
20:20 28.07.2025
Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
20:11 28.07.2025
Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh masası Türkiyədə qurulacaq
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
20:03 28.07.2025
Bakıda bağça müəllimləri üçün vakansiya seçimi başlayıb
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
19:55 28.07.2025
DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
19:49 28.07.2025
“Sabah” - “Petrokub” oyununa satılan bilet sayı
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
19:37 28.07.2025
ABŞ Qəzzada ərzaq mərkəzlərinin yaradılmasını maliyyələşdirməyi planlaşdırır
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
19:23 28.07.2025
İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
19:11 28.07.2025
Tramp Rusiyaya verdiyi 50 günlük möhləti azaldacaq
Vətən müharibəsi iştirakçısının evi yandı
18:51 28.07.2025
Vətən müharibəsi iştirakçısının evi yandı
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
18:39 28.07.2025
İranda şirkət rəhbəri qətlə yetirilib, əri şübhəli bilinir
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
18:26 28.07.2025
Bakıdan regionlara gedən müntəzəm marşrut avtobuslarının 30 %-i yenilənib
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
18:12 28.07.2025
Bu yolda hərəkət məhdudlaşdırılır - Sürücülərin nəzərinə!
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
18:04 28.07.2025
Vaşinqton Tailand və Kamboca arasında atəşkəs razılaşmasını alqışlayır
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
17:47 28.07.2025
ABŞ Prezidenti: Rusiya üçün yeni son tarix 10-12 gün olacaq
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
17:41 28.07.2025
MEDİA: Azərbaycanın bir sıra dövlət xadimləri adından reallığı əks etdirməyən açıqlamalar yayılıb
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ
17:16 28.07.2025
Bakının bəzi ərazilərində işıq olmayacaq - XƏBƏRDARLIQ