Bakıda universitet tələbəsinə 6 bıçaq zərbəsi vuruldu

Bütün Xəbərlər
15:18 26.04.2011
1770


Maraqlısı odur ki, R.Eynullazadə xəstəxanaya yerləşdirilərkən ad və soyadını yalan deyib. Xəstəxanaya qəbul olarkən o, adının və soyadının Arzu Əliyev olduğunu bildirib, lakin sonradan onun Rəsul Eynullazadə olduğu məlum olub. 

Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları isə cinayətkarın axtarışına çıxıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rəsul Eynullazadəyə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçmış Gəncə şəhər sakini 19 yaşlı Ülvin Həsənov tutulub.

O, dindirmə zamanı bıçağa əl atmasının səbəbini açıqlayıb. Ü.Həsənov deyib ki, R.Eynullazadə ilə aralarında münaqişəyə səbəb, onun telefonuna səhvən zəng etməsi olub. Belə ki, Ülvin, xalası oğlunun verdiyi mobil telefon nömrəsinə zəng edib. Lakin həmin nömrə səhvən Rəsul Eynullazədənin olub. Rəsul ona səhv düşdüyünü deyib. Sonra həmin telefon nömrəsini bir daha yığıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Onlar Memar Əcəmi metrosunun yaxınlığında görüş təyin edərək "məsələni həll etmək" barədə razılaşıblar. Həmin yerə gələndə aralarında dava düşüb. Bu zaman Ülvin Rəsula 6 bıçaq zərbəsi vurub. 

Faktla bağlı Cinayət Məcəlləsinin "qəsdən sağlamlığa ağır xəsarət yetirmə" (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb. 

 

OXŞAR XƏBƏRLƏR