Çayxananın müşətəriləri olan qəsəbə sakinləri - Sərxan Mahmudov, Möhkəm Heydərov və Həsən Tağıyevin sözləri çəp gəlib. Müştərilərin mübahisəsi sonradan davaya çevrilib.
Çayxanadan çıxan şəxslər davanı bayırda davam etdiriblər. Təkləndiyini görən H.Tağıyev A.Zeynallı küçəsi ev 13-ün qarşısında yerləşən poliklinikanın önündə S.Mahmudov və M.Heydərova bıçaq xəsarətləri yetirərək hadisə yerindən qaçıb. M.Heydərova ilkin tibbi yardım göstərilikdən sonra evə buraxılsa da, S.Mahmudovun vəziyyəti ağırdır.
Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həsən Tağıyev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.