Bakının Sabunçu rayonunda məktəblinin qanı tökülüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə mayın 30-da Bilgəh ərazisində yerləşən 142 saylı orta məktəbdə baş verib. Orta məktəbdə oxuyan 16 yaşlı Royal Pənaliyev naməlum şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin kim tərəfindən törədilməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.