Azxeber.com portalının məlumatına görə, hadisə saat 18:00 radələrində Süleyman Sani Axundov küçəsində baş verib. "Mersedes 190" markalı avtomobil "VAZ 2107" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib, hər iki avtomobilin sürücüsü yüngül xəsarət alıb. Azxeber.com-un hadisə yerində olan əməkdaşı qəzaya uğramış avtomobillərin fotoşəkillərini çəkib. Bu şəkilləri sizə təqdim edirik