Toy mərasimində 1000 nəfərdən çox qonaq iştirak edib. Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarından Telman İsmayılov və Mübariz Mənsimov da bu sırada olub. Mərasimdə təhlükəsizliyini xüsusi dəvət edilmiş mühafizə xidmətinin çoxsaylı əməkdaşları təmin edib. Hətta toyun foto və videoçəkilişi də mühafizəçilərin nəzarətində aparılıb.
Qeyd edək ki, mətbuatda bu mərasimə Ledi Qaqa, Şakira, Özcan Dəniz və Tarkan kimi məşhur ulduzların qatılacağı barədə məlumatlar yayılsa da, onların heç biri məclisdə görünməyib. Adı çəkilən sənətçilərin mərasimə gəlməmələrinin səbəbləri məlum deyil.
Xalq artisti Aygün Kazımovanın da bu toyda iştirak etmədiyi bildirilir. Azərbaycanlı sənətçilər Brilliant Dadaşova, Röya, Abbas, Murad Dadaşov toyda olublar. Maraqlı faktlardan biri də budur ki, Röya həmin gün Dərbənddə toyda olmalı imiş. Lakin iş adamının məclisində iştiraka dəvət aldığı üçün o əvvəlki toydan imtina edib.
Əcnəbi qonaqlar arasında müğənnilər Dima Bilan və Hadisənin toyda çıxış etdikləri deyilir. Başqa bir mənbə isə Dərbəndin populyar müğənnilərindən birinin həmin toyda iştirak etdiyini bildirib. //lent.az