Bakıdakı polis məntəqəsi tamamilə yanıb

Bakıdakı polis məntəqəsi tamamilə yanıb
Bütün Xəbərlər
15:15 27.06.2011
1921

Bakı şəhərindəki polis məntəqəsində baş verən yanğının qarşısını almaq mümkün olmayıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər cəlb edilsə də, yanğının qarşısını almaq mümkün olmayıb və polis məntəqəsi tamamilə yanıb. Polis məntəqəsində olan rəsmi sənədlərin də yanaraq məhv olduğu bildirilir.

Qeyd edək ki, hadisə bu gün saat 15.45 radələrində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində qeydə alınıb. Sahə müvəkkilləri üçün nəzərdə tutulmuş polis məntəqəsində baş verən yanğına qısaqapanma səbəbə olub. 

16.41
Bakı şəhərindəki polis məntəqəsində yanğın baş verib. Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə bu gün saat 15.45 radələrində Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində qeydə alınıb. Sahə müvəkkilləri üçün nəzərdə tutulmuş polis məntəqəsində baş verən yanğına qısa qapanma səbəb olub. Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR