Bakının mərkəzindən bulvara birbaşa keçid

Bütün Xəbərlər
21:28 20.11.2010
2121

 

 

Bülbül prospektində yerləşən və başlanğıcını Üzeyir Hacıbəyov küçəsindən götürən keçid Zərifə Əliyeva küçəsi və Neftçilər prospektini kəsməklə Milli Parkadək uzanacaq.

«Azəryolservis» ASC-dən verilən məlumata görə, uzunluğu 300 metrə çatan keçidin keçdiyi bütün küçələrə çıxışı olacaq. İlkin layihəyə əsasən, keçidin hər yol kəsişməsində 4, yəni ümumilikdə 12 çıxışının olması nəzərdə tutulur. Amma bu, yeraltı kommunikasiya xətlərinin vəziyyətindən asılı olacaq. Bu keçidin tikintisi şəhərin mərkəzindən birbaşa Bakı bulvarına çıxışı təmin edəcək. Belə ki, sakinlər keçid vasitəsilə Ü.Hacıbəyov küçəsindən birbaşa bulvara gedə biləcəklər.

 

Yeni keçidin artıq gələn il istifadəyə veriləcəyi gözlənilir.///APA

 

 

OXŞAR XƏBƏRLƏR