‘Bakcell’ 10 min manata satışa çıxarıldı - FOTOFAKT

‘Bakcell’ 10 min manata satışa çıxarıldı -  FOTOFAKT
Bütün Xəbərlər
13:31 07.02.2014
2971

‘Bakcell’ şirkətinin adını daşıyan ‘Bakcell.az’ saytı 10 min manata satışa çıxarılıb.

AZXEBER.COM-un məlumatına görə, Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin adını daşıyan “bakcell.az” domeini satışa çıxardılıb. Domein adını alan şəxs bu adı 10.000 AZN-ə satdığını qeyd edib.

Sözügedən domeinin “Bakcell” şirkətini heç bir aidiyyatı yoxdur. Belə ki, şirkətin rəsmi domeini “bakcell.com”dur.

Bəs “Bakcell” şirkəti məhkəməyə müraciət edib, bu domeini vətəndaşın əlindən geri ala bilərmi?

AZXEBER.COM portalı olaraq bu suala cavab tapmaq məqsədi ilə hüquqşünas Ələsgər Məmmədli ilə əlaqə saxladıq.

Ə.Məmmədli şirkətin bu domeini sahibinin əlindən almasına heç bir hüquqi əsasın olmadığını deyib:

“Bu domein adını alan şəxsin hüquqları qanunla qorunur. Onun haqqı ödənilmədən, onunla razılaşma əldə edilmədən həmin domeini onun əlindən almaq qanunla mümkün deyil. Konkret olaraq, Azərbaycanda qeydiyyatdan keçmiş şirkət adları ilə bağlı domein adlarının alınmasını məhdudlaşdıran qanunvericilik yoxdur. Bu şəxs domeinin pulunu ödəyib və onu alıb. Bu onun mülküdür. Onun geri alınması isə, ancaq onun hüquqları tapdanılmadan edilə bilər”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR