Paytaxt Bakıda“Bakcell Ltd” MMC-yə məxsus danışıq kartlarını tapmaq mümkün deyil.
AZXEBER.COM xəbər verir ki, bu problem artıq bir həftəyə yaxındır ki, davam edir. Balansını artırmaq üçün yalnız “Million” və digər avtomatlardan istifadə etmək məcburiyyətində qalan abonentlər kartın əlçatan yerdə olmamasından narazıdırlar.
Qəzet köşklərində, marketlərdə “Bakcell”in yalnız 10 manatlıq konturları qalıb. Alıcıların çoxu, 1,2 və 5 manatlıq konturlar olmadığı üçün məcburi şəkildə 10 manatlıq kontur aldıqlarını deyirlər.
Xatırladaq ki, Ramazan bayramı öncəsi “Bakcell” şirkəti problemin aradan qaldırılacağını açıqlasa da hələlik problemin həlli ilə bağlı şirkət tərəfindən heç bir tutarlı addım atılmayıb.