Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı

Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
İQTİSADİYYAT
15:12 30.06.2026
2015
Bakcell-in əsas tərəfdaşlığı ilə 27 iyun tarixində keçirilən UFC turniri Bakını qlobal MMA-nın diqqət mərkəzinə çevirib.

Turnirin əsas döyüşündə Rafael Fiziyev Manuel Torres üzərində inamlı qələbə qazanaraq azarkeşlərə möhtəşəm performans nümayiş etdirib. Gecənin diqqətçəkən qarşılaşmalarından birində isə Fərman Həsənov UFC-də debüt görüşünü Erik Nolan üzərində qələbə ilə başa vuraraq azarkeşlərini sevindirib.
Bakcell əsas tərəfdaş qismində UFC-nin Azərbaycanda keçirilməsinə dəstək göstərməklə ölkədə beynəlxalq idman tədbirlərinin inkişafına və Azərbaycanın qlobal idman xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verməyə davam edir.

Qeyd edək ki, şirkət artıq ikinci ildir qlobal MMA təşkilatı UFC-nin Azərbaycanda keçirilən turnirinə dəstək verir. Dünyada milyonlarla azarkeşi bir araya gətirən UFC ən nüfuzlu və populyar döyüş idmanı təşkilatlarından biri hesab olunur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

 

 



OXŞAR XƏBƏRLƏR