''Bakcell'' ''Mançester Yunayted''in rəsmi tərəfdaşı oldu

İDMAN
17:11 15.10.2012
2084
“Ser Aleks qədər uğurlu olsa, “Bakcell”lə də əməkdaşlığımız uzunmüddətli olacaq”Azərbaycanın ilk mobil operatoru “Bakcell” dünyanın ən məşhur futbol klublarından olan İngiltərə “Mançester Yunayted”i ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Bu məqsədlə Bakı Biznes Mərkəzində mətbuat konfransı keçirilib.Tədbirdə məlumat verilib ki, 3 illik tərəfdaşlıq müqaviləsi çərçivəsində “Bakcell” MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olacaq. Şirkət komandanın Azərbaycandakı azarkeşlərinə və 2,6 milyondan artıq “Bakcell” abunəçilərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edəcək. Məşhur futbol klubu ilə əməkdaşlıq quran ilk Azərbaycan şirkəti “Bakcell”in rəsmi “Mançester Yunayted” mobil xidmətlər paketinin abunəçiləri klubun ən son xəbərləri, son oyunların videogörüntüləri, rinqtonlar, divar kağızları və s. əldə edəcəklər. Şirkət, həmçinin klubun rəsmi “MUTV” televiziya kanalını Azərbaycanda yaymaq hüququna malik olacaq, azarkeşlərə futbolçuların son müsahibələri və səhnəarxası çəkilişlərini izləmək imkanı verəcək.“Bakcell” və “Mançester Yunayted” arasında əməkdaşlığa həsr olunmuş xüsusi “wap-portal” fəaliyyət göstərəcək. Həmin portal vasitəsilə abunəçilərə klubla bağlı xəbərlər, videolar, canlı nəticələr, divar kağızları, rinqtonlar, çağırış siqnalları və s. kimi müxtəlif xidmətlər təklif olunacaq, tədbirləri və s. haqqında məlumat yerləşdiriləcək.Mətbuat konfransı zamanı “Mançester Yunayted”in hazırkı futbolçuları Rio Ferdinand, Rayan Giqqz, Patris Evra, eləcə də komandanın əfsanəvi futbolçusu Bobbi Çarltonun iştirakı ilə çəkilmiş “Bakcell”in yeni reklam çarxı nümayiş etdirilib. Klubun əlaqələr üzrə direktoru Nik Hemfris Azərbaycanın ilk mobil operatoru ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirib: “Yeni müqaviləmiz “Mançester Yunayted” üçün bir ilkdir. Çünki bu, Azərbaycanla yeganə əməkdaşlığımdır. Azərbaycanlı azarkeşlərimizin sayı gündən-günə artır və biz inanırıq ki, “Bakcell”lə işbirliyimiz azarkeşlərimizin sevdikləri kluba daha yaxın olmasına imkan yaradacaq”.Hemfris bütün azarkeşlərə innovativ xəbərlər təqdim etməyə çalışacaqlarını da söyləyib. O, məhz “Bakcell”i seçmələrinin səbəbinə isə belə aydınlıq gətirib: “Bu şirkət həmişə ilkə imza atmaq arzusunu nümayiş etdirib. “Bakcell” həm də Azərbaycanda 17 yaşadək futbolçu qızlar arasında keçirilmiş dünya çempionatının dəstəkçiləri sırasında yer alıb. Şirkət nümayəndələri ilə danışıqlar zamanı onların klubumuzla tərəfdaşlıqda nə dərəcədə qərarlı olduqlarını gördük. Ona görə də əməkdaşlığa razılıq verdik”.“Mançester Yunayted” rəsmisi Lent.az-ın “26 ildir klubunuzda baş məşqçi kimi çalışan Aleks Ferqyusonla əməkdaşlığınız daha çox olacaq, yoxsa “Bakcell”lə?” sualını isə belə cavablandırıb: “Ser Aleks qədər “Bakcell” də uğurlu olsa, bu şirkətlə də əməkdaşlığımız uzunmüddətli olacaq”.“Bakcell”in baş icraçı direktoru Riçard Şirer isə “Mançester Yunayted”lə uzunmüddətli əməkdaşlığa başladıqlarını söyləyib. Daim ilklər şirkəti olduqlarını deyən Şirer dünyanın bir nömrəli futbol brendi ilə əməkdaşlığı daha bir əyani sübut adlandırıb: “Bu gün iki böyük brend birləşərək, yeni imkanlar açır. Şüarımız da dəyişib: “Futbola daha yaxın olaq!”Tədbirdə iştirak edən “Mançester Yunayted”in əfsanəvi qapıçısı Peter Şmeyxel isə hamını “Bakcell”ə qoşulmağa çağırıb: “Həmişə azarkeşlərimizlə əlaqə saxlamaq bizim üçün çox önəmlidir və bunu yüksək qiymətləndirirəm. İnanıram ki, bu tərəfdaşlıq klubdakı çıxışlarım zamanı keçirdiyim hissləri azərbaycanlı azarkeşlərə də yaşadacaq”.Sonda “Bakcell” adından Nik Hemfrisə üzərində “Mançester Yunayted”in loqosu əks olunmuş xalça, Peter Şmeyxelə isə arxasında şirkətin adının yazıldığı klub forması hədiyyə edilib.
//Lent.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
17:07 06.10.2026
Göygöldə “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi” mövzusunda konfrans keçirildi - FOTOLAR
Bakının 6 rayonunda su kəsiləcək
16:38 06.10.2026
Bakının 6 rayonunda su kəsiləcək
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
16:37 06.10.2026
Qara dənizdə həlak olan azərbaycanlı gəmi kapitanının FOTOSU
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
16:33 06.10.2026
Britaniyalı nazir: Azərbaycanla əməkdaşlıqda AI və data mərkəzləri yeni istiqamətlərdən olacaq
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
16:29 06.10.2026
1870 tələbə ödənişsiz bakalavr təhsili alacaq - RƏSMİ
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı