Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi - FOTOLAR
İQTİSADİYYAT
15:29 13.10.2025
889
İnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən "İnnovasiyaların Qarabağda tətbiqi” adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.
 
AZXEBER.COM xəbər verir ki, tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: "Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq,” – deyə Klaus Müller qeyd edib.Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib.
 
Müzakirədə Bakcell-in marketinq direktoru Elxan Sadıqzadə, Qarabağ Universitetinin elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və əməkdar jurnalist, ASAN Radio və ASAN TV-nin direktoru Emin Musavi iştirak ediblər. Paneldə "İnnovasiyaların Qarabağda tətbiqi və mediada innovasiyaların rolu” mövzusu ətrafında fikir mübadiləsi aparılıb.
 
Qarabağda innovativ yanaşmaların tətbiqi, regionun sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti, süni intellektin biznes, media və cəmiyyətə təsiri təqdim olunub. Həmçinin, rəqəmsal transformasiyanın potensialı və Qarabağ üçün perspektiv innovativ həllər diqqət mərkəzində olub.
 
Səfərin ikinci günü "Süni intellekt və innovasiya” mövzusunda təlim və vörkşopla davam edib.
 
Sessiya zamanı media mühitində süni intellektin tətbiqi, yaradıcı sənayelərdə rəqəmsal trendlər və innovativ yanaşmalar müzakirə olunub.Səfərin sonunda iştirakçılar Şuşa və Xankəndinin əsas tarixi məkanlarını ziyarət edərək, şəhərlərin müasir inkişaf tempi və unikal atmosferi ilə yaxından tanış olublar.
 
Bakcell-in Qarabağa bu səfəri şirkətin innovasiyaya və milli inkişaf dəyərlərinə əsaslanan strateji yanaşmasının göstəricisidir. Bu təşəbbüs Azərbaycanın innovasiya ekosisteminin inkişafı istiqamətində atılan növbəti addımdır.

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
18:25 08.11.2026
Ərdoğan: Azərbaycanın ədalətli mübarizəsini və bölgədə davamlı sülh səylərini dəstəkləyirik
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
18:17 08.11.2026
Ceyhun Bayramov və Hakan Fidan ayaqüstü söhbətləşdilər - Video
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
18:11 08.11.2026
Hörmüzdə üç tanker partladı: SEPAH digər gəmilərə xəbərdarlıq etdi
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
18:01 08.11.2026
Kürşad Zorlu: "Azərbaycan və Türkiyə liderləri türk dünyasına çox güclü mesaj verdilər" - Video
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
17:59 08.11.2026
Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
17:47 08.11.2026
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə - FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir