Bakcell şirkəti Azərbaycanda indiyə kimi görünməmiş 225 Mbit/saniyəyə qədər sürəti təqdim etdi

Bakcell şirkəti Azərbaycanda indiyə kimi görünməmiş 225 Mbit/saniyəyə qədər sürəti təqdim etdi
Bütün Xəbərlər
18:40 02.12.2015
1220
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti hazırda Azərbaycanda ən sürətli sayılan və operatora bir-birindən maraqlı yeni xidmətlər təklif etmək imkanı verən 4G+ (LTE A) mobil internet şəbəkəsinin funksional imkanlarını nümayiş etdirir. Bu və bir çox digər yenilik və nailiyyətləri “Bakutel 2015” sərgisində Bakcell şirkətinin stendində görmək və real həyatda sınaqdan keçirmək mümkündür.
Sərgiyə gələn ziyarətçilər Bakcell şirkətinin təqdim etdiyi super yüksəksürətli 4G internetini təcrübədən keçirmək və 4G limitini kəşf etmək üçün quraşdırılmış xüsusi velosipeddən istifadə edərək onun imkanları ilə əyləncəli bir şəkildə tanış olacaqlar. Bakcell stendinin qonaqları ilk olaraq ən son LTE texnologiyası – 4G+ və ya “LTE-Advanced” xidməti sayəsində 225 Mbit/saniyəyə qədər sürətlə mobil interneti təcrübədən keçirmək imkanı qazanırlar.
“Bakcell özünün ən müasir 4+ (LTE Advanced) şəbəkəsinin imkanlarını nümayiş etdirmək üçün ölkənin ən qabaqcıl informasiya texnologiyaları sərgisini - “Bakutel”i seçdi. LTE xidmətini istifadəyə verdikdən sonra bu gün biz qürur hissi ilə deyə bilərik ki, abunəçilərimizin artan tələbatlarını qarşılamaq üçün şirkətimiz ölkədə ən geniş mobil rabitə şəbəkəsinə və əhəmiyyətli internet tutumuna malikdir. Biz LTE şəbəkəmizin inkişafına sərmayə qoyulması istiqamətində səylərimizi gələcəkdə də davam etdirəcəyik və bu, Bakcell şirkətinin Azərbaycanda ən böyük 4G operatoru kimi mövqeyini daha da möhkəmləndirəcək, ölkədə mobil rabitə sahəsinin inkişafını stimullaşdıracaq. Abunəçilərimizin mobil internetə olan tələbatı durmadan artır, onlar internet xidmətinin daha sürətli, daha keyfiyyətli və hər yerdə mümkün olmasını istəyir. Bu tələbatı qarşılamaq üçün Bakcell şirkəti 4G şəbəkəsinin genişləndirilməsini və 4G+ xidmətinin istifadəyə verilməsini prioritet məsələ kimi diqqət mərkəzində saxlayır”, deyə Bakcell şirkətinin baş icraçi direktoru cənab Riçard Şirer bildirib.
Yeni təqdim etdiyi “Qoş və Coş” platforması çərçivəsində Bakcell şirkəti video yayım xidməti daxil olmaqla bir çox maraqlı xidmətlər təqdim edəcək. Bunlardan biri rəqəmsal televiziya yayımı sahəsində Türkiyənin aparıcı platforması olan “Digiturk” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təqdim olunan və 100-ə yaxın məşhur kanalı, o cümlədən, “Lig TV”ni canlı izləmək imkanı verən yeni xidmətdir.
Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafında şirkətin əvəzolunmaz rolunun təsdiqi olaraq, Bakcell “Bakutel 2015” sərgisinin “telekommunikasiya partnyoru” seçilib.
Bakcell şirkəti “Bakutel 2015” sərgisinə gələn bütün ziyarətçiləri öz stendinə dəvət edir və onlara xoş və əyləncəli mühitdə ən son texnologiyalardan istifadə edərək imkanı vəd edir.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olamqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sür@ xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sür@ brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sür@ xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 11-də dərc olunacaq
09:07 09.08.2025
Ermənistan və Azərbaycanın parafladığı sülh sazişinin mətni avqustun 11-də dərc olunacaq
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
09:06 09.08.2025
Tokayev Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını tarixi nailiyyət hesab edir
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
09:04 09.08.2025
Şahbaz Şərif: İlham Əliyevi və Azərbaycan xalqını sülh sazişi münasibətilə təbrik edirik
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
02:01 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
01:57 09.08.2025
"İndi biz vaxt itirə bilmərik” - İlham Əliyev
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
01:55 09.08.2025
"Biz müharibə yolu ilə haqq-ədaləti bərpa etdik, indi siyasi müstəvidə nöqtəni də qoyduq"
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
01:54 09.08.2025
"Strateji Tərəfdaşlıq Xartiyasında gələcək əməkdaşlıq istiqamətləri açıq-aydın təsbit edilib"
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
01:47 09.08.2025
ABŞ dövlət katibi: Cənubi Qafqazda yeni sülh dövrünü alqışlayırıq
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
01:46 09.08.2025
Aİ Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
01:45 09.08.2025
"Ermənistan Konstitusiyasında nə qədər tez dəyişiklik etsə, bir o qədər yaxşı olar"
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
01:32 09.08.2025
Tramp mübahisəli məsələlərin həllində Bakı və İrəvana kömək etməyə hazır olduğunu açıqlayıb
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
01:30 09.08.2025
"Azərbaycan və Ermənistan arasında danışıqlar sahəsində boşluq çox davam edə bilməzdi"
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
01:27 09.08.2025
Prezident: Trampla görüşümüz səmimi və dostluq atmosferində keçdi
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
01:26 09.08.2025
İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
01:23 09.08.2025
İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibə verir - CANLI
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı
01:21 09.08.2025
Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışladı