Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi - FOTOLAR

Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi - FOTOLAR
İQTİSADİYYAT
15:20 16.12.2025
866

İnnovasiya lideri Bakcell-in rəqəmsal bacarıqların inkişafına yönəlmiş "MediaTech” layihəsi çərçivəsində təlim proqramı baş tutub.

AZXEBER.COM xəbər verir ki, "Smart Nation” ilə birgə həyata keçirilən "MediaTech: Blog the Future” tədbiri ilk dəfə texno-blogerlər üçün nəzərdə tutulmuş innovativ məzmunlu təlim proqramı olub. Təlimin əsas məqsədi texnoloji influenserliyə maraq göstərən yeni nəsil kontent istehsalçılarını bir araya gətirmək, onların praktiki biliklərini artırmaq və bu bilikləri müasir, innovativ yanaşmalarla möhkəmləndirmək olub.

Ümumilikdə 60-dan çox texno-blogerin iştirak etdiyi proqramda iştirakçılar rəqəmsal məzmun istehsalı, şəxsi brendinq, rəqəmsal marketinq strategiyaları, alqoritmlərin iş prinsipləri və mobil videoyaradıcılıq kimi sahələr üzrə intensiv sessiyalarda iştirak ediblər. Sessiyalar real nümunələr və praktik tapşırıqlar əsasında qurularaq iştirakçılara əldə etdikləri bilikləri dərhal tətbiq etmək imkanı yaradıb.

Təlimin sonunda gələcəyin texnoloji influenserlər sosial media üçün məzmun quruluşu yaratmaq, rəqəmsal auditoriya ilə effektiv ünsiyyət qurmaq, trend analizləri aparmaq və mobil kontent istehsalında innovativ metodlardan istifadə etmək bacarıqlarını inkişaf etdiriblər. 
 
Bu təşəbbüs Bakcell-in Azərbaycanda rəqəmsal savadlılığın artırılmasına, innovasiya və texnologiya ekosisteminin gücləndirilməsinə yönəlmiş davamlı və strateji fəaliyyətlərinin növbəti uğurlu nümunəsidir.

Bakcell haqqında

 

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

 

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

 

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
17:34 08.11.2026
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsini ziyarət edərək önünə əklillər qoyublar
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
17:18 08.11.2026
Birinci xanımlar çay masası əsnasında söhbət etdilər - FOTOLAR
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
17:16 08.11.2026
Ərdoğan Ankara ilə Bakı arasında münasibətləri “sönməz məşəl” adlandırıb
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
17:05 08.11.2026
Prezidentlər Xocalı Soyqırımı Memorialını ziyarət etdi
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
17:05 08.11.2026
"Qalatasaray" və "Fənərbağça" Azərbaycanı təbrik ediblər
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
16:53 08.11.2026
Rusiyada çaya düşən avtomobildə beş nəfərin meyiti tapılıb
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
16:47 08.11.2026
“Bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq”
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
16:45 08.11.2026
Ərdoğan "Azərbaycan-Türkiyə" şeirini səsləndirib
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
16:40 08.11.2026
Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
16:34 08.11.2026
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
Türkiyə Ağdamda yeni məktəb inşa edir
16:30 08.11.2026
Türkiyə Ağdamda yeni məktəb inşa edir
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur