xari

“Bakcell”dən onlayn iş və təhsil üçün internet paketi

İQTİSADİYYAT
13:38 25.02.2021
167
Yeni internet paketi "Skype”, "Zoom”, "MS Teams” və "Go to Meeting” platformalarında istifadə oluna bilər

AZXEBER.COM xəbər verir ki, hazırki dövrdə onlayn iş və təhsilin sosial əhəmiyyətini və abunəçilərin distant ünsiyyətə artan tələbatını nəzərə alaraq, Bakcell onlayn iş və təhsil üçün nəzərdə tutulmuş xüsusi internet paketini istifadəyə verib.

Yeni "Onlayn iş və təhsil” internet paketi sayəsində istifadəçilər iş görüşlərinə və onlayn dərslərə istənilən yerdən və istənilən mobil cihazdan asanlıqla qoşula biləcəklər. Ayda cəmi 10 manata Bakcell abunəçiləri 40 GB həcmində internet trafiki əldə edəcək.

Yeni internet paketi "Skype”, "Zoom”, "MS Teams” və "Go to Meeting” kimi onlayn platformalarda istifadə oluna bilər. Beləliklə, onlayn təhsil alan və evdən işləyən internet istifadəçiləri "Bakcell”in ən üstün müştəri təcrübəsi ilə yanaşı Azərbaycanın ən üstün mobil şəbəkəsindən yararlanacaqlar.

"Online iş və təhsil” internet paketi barədə daha ətraflı məlumatla https://www.bakcell.com/az/online-edu-work səhifəsində tanış olmaq olar.

Qeyd edək ki, Covid-19 pandemiyası zamanı Bakcell şirkəti müəllimlər üçün xüsusi tarif təqdim etməklə ölkədə onlayn tədris prosesinin keyfiyyətinin artırılmasına öz töhfəsini verib. Belə ki, xüsusi təklif çərçivəsində minlərlə müəllim ayda cəmi 5 AZN ödəməklə pulsuz mobil nömrə, müəllimlər arasında pulsuz zəng imkanı, 1 GB internet və ölkədaxili zənglər üçün 100 dəqiqə əldə edir.

Bakcell şirkəti məhsul və xidmətlərinin keyfiyyətini müntəzəm qaydada artırmaqla abunəçilərinə daha yaxşı müştəri təcrübəsi təqdim etməyə davam edəcək.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:09 14.04.2021

Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

13:49 14.04.2021

Erməni valideynlər Paşinyandan cavab gözləyir

13:46 14.04.2021

Lukaşenko: "Bizim münasibətlərimiz əladır və mən buna görə həmişə fəxr edirəm"

13:45 14.04.2021

"Razılaşdırdığımız məsələlərin praktiki həllini görürük"

13:45 14.04.2021

İlham Əliyev: "Bundan sonra da bir-birimizi dəstəkləməkdə davam edəcəyik"

13:42 14.04.2021

Azərbaycanlı müğənni boşanmaq istədiyi əri tərəfindən öldürüldü - FOTO

13:29 14.04.2021

İrəvanda maska üstündə bir sərnişin digərini öldürdü

13:11 14.04.2021

Azərbaycanda gəlin qayınanasını soydu - 11 min manatlıq cinayət

13:04 14.04.2021

Lukaşenko: “Heç bir pandemiya Belarus ilə Azərbaycan arasında əməkdaşlığa mane ola bilməz”

13:02 14.04.2021

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

13:01 14.04.2021

Zaxarova: "Türkiyə ilə uçuşların dayandırılmasında siyasi əsas yoxdur"

12:55 14.04.2021

“Albert Rıjı”nı qətlə yetirən şəxsin saxlanılma anı - VİDEO

12:39 14.04.2021

Paşinyan ilk dəfə etiraf etdi: “Oktyabrın ikinci yarısında ağır güzəştlərə getmək qərarına gəldim”

12:26 14.04.2021

Rusiyanın Türkiyəyə uçuşları dayandırmasına Çavuşoğludan açıqlama - VİDEO

12:17 14.04.2021

İlahiyyatçı: “Pandemiya şəraitində kütləvi iftarlardan imtina etmək savabdır” - VİDEO

12:10 14.04.2021

İlham Əliyev və Lukaşenkonun təkbətək görüşü başladı - FOTOLAR